BAKI, 14 mart. TELEQRAF

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli, qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

FHN-in Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Salyan Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Vüqar Ağayev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Çıxış edən digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.