BAKI, 8 mart. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə endirilən zərbələrin görüntülərini yayımlayıb.

Teleqraf xəbər verir ki, kadrların birində İran Silahlı Qüvvələrinə məxsus olduğu ehtimal edilən hərbi nəqliyyat vasitələrinin məhv edilməsi əks olunub.

CENTCOM özünün "X" sosial şəbəkə hesabındakı paylaşımda Pentaqon rəhbəri Pit Heqsetin bəyanatından sitat gətirərək rəsmi Vaşinqtonun qətiyyətli mövqeyini nümayiş etdirib:

"Əgər amerikalıları öldürsəniz, dünyanın hər hansı bir yerində amerikalıları təhdid etsəniz, biz sizi üzr istəmədən və tərəddüd etmədən təqib edib məhv edəcəyik".