BAKI, 7 mart. TELEQRAF
Səudiyyə Ərəbistanı hava müdafiəsi PUA hücumlarını dəf edib.
Teleqraf xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, ölkənin hava hücumundan müdafiə sistemləri iki pilotsuz təyyarəni ələ keçirib və onlardan biri Ər-Riyadın şərqində məhv edilib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı Ordusu Rub əl-Xali səhrasında digər PUA-nı məhv edib. Bu dron Şeyba neft yatağını hədəf almışdı.