BAKI, 3 mart. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrailin İrana hücumlarını beynəlxalq hüquqa zidd hesab edir.
Teleqraf xəbər verir ki, Makrona görə, bu hücumlar regionda münaqişənin gərginləşməsinə səbəb olub.
"Yaxın Şərqdə müharibə yenidən başlayıb. Bu, ABŞ və İsrailin İrana hücumları nəticəsində başlayıb, bütün regiona yayılıb. Hamı üçün, sülh və təhlükəsizlik üçün ağır nəticələrə səbəb olub. Danışıqlar çıxılmaz vəziyyətə düşüb. ABŞ və İsrail hərbi əməliyyatlara başlamaq qərarına gəliblər. Bunlar beynəlxalq hüququn pozulması ilə həyata keçirilib və biz bunu qəbul edə bilmərik", - Makron bildirib.