BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp boyun nahiyəsində yaranmış səpkiyə görə həkimlərin qərarı ilə krem istifadə edir.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı Ağ Ev rəhbərinin müalicə həkimi Sean Barbarellanın açıqlamasına istinadən məlumat yayıb.
Həkimin sözlərinə görə, Tramp boynunun sağ hissəsinə adi krem tətbiq edir. Barbarella bunun profilaktik dəri müalicəsi olduğunu vurğulayıb.
O, prezidentin hansı preparatdan istifadə etdiyini dəqiqləşdirməyib. Bildirilib ki, krem bir həftə ərzində istifadə olunacaq, dəri qızartısının isə daha bir neçə həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Trampın boynunda görünən qızartı ilə bağlı fotolar bir neçə saat əvvəl Ağ Evdə keçirilən dövlət mükafatlarının təqdimetmə mərasimində çəkilib.