BAKI, 2 mart. TELEQRAF
Tehran ərazisini və əhalisini müdafiə etmək üçün bütün mövcud resurslardan istifadə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi CNN-ə müsahibəsində bildirib.
Jurnalistin "ABŞ Prezidenti Donald Tramp hücumların bir aydan çox davam edə biləcəyini deyib. İran bu hücumlara nə qədər davam gətirə bilək" sualına Məcid Təxt-Rəvançi belə cavab verib: "Biz özümüzü bacardığımız qədər müdafiə edəcəyik. Və bununla demək istəyirəm ki, zaman çox vacibdir. Nə olursa olsun, suverenliyimizi və xalqımızı müdafiə etmək üçün lazım olan hər şeyi edəcəyik".