BAKI, 2 mart. TELEQRAF
İsrailin Livana hücumları nəticəsində 52 nəfər ölüb, 154 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail 221 hücum həyata keçirib. 30 minə yaxın insan evlərini tərk edib.
***
18:27
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livan paytaxtının cənub ətrafındakı Hizbullah hədəflərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, İsrail qırıcıları Burc əl-Barajnenin ətrafına azı beş güclü zərbə endirib.
İsrail ordusunun baş qərargah rəisi bildirib ki, İsrail Livandan gələn təhlükəni aradan qaldırana qədər Hizbullaha qarşı əməliyyatlarını davam etdirəcək