BAKI, 1 mart. TELEQRAF
İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani bildirib ki, ABŞ sistemli şəkildə faktları təhrif edir və İrana qarşı agresiyanı haqqlandırmaq üçün dezinformasiyaya əsaslanır.
Teleqraf xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı iclasında çıxış edərkən deyib.
İravani vurğulayıb ki, ABŞ nümayəndəsi mövzunu təəssüf doğuran bir şablon üzrə təqdim edərək İrana qarşı açıq-agressiv hərəkətləri və İsrailin dəstəklədiyi əməliyyatları haqqlandırmağa çalışır.