İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına qarşı ən böyük hərbi əməliyyatın keçiriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, hücumun yaxın dəqiqələrdə başlayacağı bildirilib. Əməliyyatla bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.