BAKI, 1 mart. TELEQRAF

İran hakimiyyəti həlak olan ali rəhbər Əli Xameneinin ölümü ilə əlaqədar ölkədə 40 günlük matəm elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, matəm əlaməti olaraq qarşıdakı yeddi gün ölkədə qeyri-iş günü elan ediləcək. Qərarın ali rəhbərin ölümü ilə bağlı ümummilli hüzn fonunda verildiyi bildirilib.