BAKI, 1 mart. TELEQRAF
İran hakimiyyəti strateji əhəmiyyətli Hörmüz boğazını neft tankerlərinin keçidi üçün yenidən açıq elan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Məsləhət Şurasının üzvü, Ali İqtisadi Koordinasiya Şurasının katibi Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, hökumət gəmilərin bu mühüm su yolundan tranzit keçidini bərpa etmək barədə qərar qəbul edib.
Lakin M. Rzayi xəbərdarlıq edib ki, bu icazə növbəti bildirişədək qüvvədədir.
Bununla yanaşı, İran rəsmisi bölgədəki hərbi gərginliyə də toxunub:
“Mülki gəmilər üçün keçid açılsa da, ABŞ hərbi gəmiləri İran üçün qanuni hədəf olaraq qalır və onlara qarşı zərbələr endirilməsi ehtimalı istisna deyil”.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft daşımalarının əsas arteriyalarından biri hesab olunur.