BAKI, 1 mart. TELEQRAF

10-dan çox Çin vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Məlumata görə, martın 1-də Çin vətəndaşlarından ibarət ilk qrup artıq Astara sərhəd-keçid məntəqəsinə çatıb.

Müvafiq razılaşmalara əsasən, həmin şəxslər Bakıya gətiriləcəklər.