BAKI, 1 mart. TELEQRAF
İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 18 yaşlı oyunçu bu nailiyyətə İspaniya çempionatının XXVI turu çərçivəsində “Vilyarreal” üzərində 4:1 hesablı qələbə qazandıqları matçda het-trik edərək nail olub.
Beləliklə, Yamal peşəkar karyerasında bu göstəriciyə imza atan ən gənc futbolçulardan biri kimi Lionel Messi (19 yaş) və Kriştianu Ronaldunun (23 yaş) nəticələrini geridə qoyub.
Həmçinin, Neymar bu uğura 18 yaşında, Ronaldinyo 19 və Kiliyan Mbappe 17 yaşında nail olublar.