BAKI, 1 mart. TELEQRAF
BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib ki, Körfəz ölkələri İranın hücumuna səssiz qala bilməzlər.
Teleqraf xəbər verir ki, Qarqaş "Sky News Arabia"na açıqlamasında qeyd edib:
"Körfəz ölkələri İranın hücumlarını cavabsız qoya bilməzlər. İranın qərar qəbul edənləri Körfəz ölkələrinə hücum etməklə İslam Respublikasının təcridini əhəmiyyətli dərəcədə artırıblar. İranın körfəz ölkələrinə hücum etməsi problemi həll etməyəcək. Bu kəskin böhranı həll etmək üçün birgə çalışmaq lazımdır" - Qarqaş bildirib.
Qarqaş hesab edir ki, İranın region ölkələrinə hücumları "onun qısamüddətli siyasətini nümayiş etdirir" və Tehranın hazırkı mövqeyi "rasional vizyondan məhrumdur".
ABŞİranBƏƏİsrail