BAKI, 1 mart. TELEQRAF

ABŞ və İsrailin Tehranda İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahına hücumu nəticəsində onun oğlu və gəlininin həlak olduğu bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə şəhər şurasının üzvü Meysəm Müzəffər bəyanat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində ali rəhbərin oğlu Seyid Müctəba Xamenei və həyat yoldaşı həlak olub.