BAKI, 1 mart. TELEQRAF

İran qüvvələri Təl-Əviv və İsrailin mərkəzi bölgələri istiqamətində 10-dan çox raket buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, raketlər yaylım atəşi ilə işə salınıb.

Bundan bir qədər əvvəl İsrail ordusunun mətbuat xidməti bir neçə rayonda hava hücumu siqnallarının səsləndiyini açıqlayıb. Məlumata əsasən, siqnallar İran ərazisindən raket buraxılışları barədə xəbər daxil olduqdan sonra verilib.

Hadisə ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyat fonunda baş verir.