BAKI, 28 fevral. TELEQRAF

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bölgədə artan hərbi gərginliklə bağlı rəsmi sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, diplomat hərbi eskalasiyanın həm regional, həm də qlobal sabitlik üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Səfir qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar beynəlxalq aviareyslər istiqamətini dəyişməli olub:

"Bölgədəki hərbi gərginlik təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır və bu, dərin narahatlıq doğurur. Hazırda Avrasiyanın mühüm qovşağı olan Azərbaycan üzərindən qlobal uçuşların istiqaməti yenidən tənzimlənir".