Bəhreynin paytaxtı İran hava hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi sosial mediada məlumat yayıb.

Yazıda qeyd olunur ki, hücum nəticəsində paytaxt Manamada yaşayış binaları dağılıb. Əmələ gələn yanğınların qarşısını almaq üçün yanğınsöndürənlər hadisə yerindədirlər.

Həmçinin ölkədə Amerika hərbi bazasının yerləşdiyi Cuffair rayonundan sakinlərin təxliyəsini təşkil edilib.