BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı dayandırmaq üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, o, bu barədə İsrailin "12-ci Kanal"ına müsahibəsində bildirib.

"Bu kampaniyadan necə çıxmaq üçün bir çox seçimim var. Bunu uzada və hər şeyi ələ keçirə bilərəm, ya da bir neçə günə bitirib iranlılara, əgər onlar özünə gəlməyə başlasalar, bir neçə ildən sonra görüşərik deyə bilərəm", - Tramp qeyd edib

***

23:37

Hazırkı hücumdan sonra İrana özünə gəlməsi üçün bir neçə il lazım olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp İrana qarşı əməliyyatın çox yaxşı getdiyini bildirib.