BAKI, 28 fevral. TELEQRAF

Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan əsgərlərinin sayı ən azı 352-yə çatıb, 535-dən çox yaralı var.

Teleqraf xəbər verir ki, nazir Əfqanıstanda 41 hədəfə avia zərbələr endirildiyini qeyd edib: "Əfqanıstanın 130 nəzarət məntəqəsi məhv edilib, daha 26-sı isə nəzarət altına alınıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri düşmənin 171-dən çox zirehli texnikasını məhv edib".

Fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Fevralın 27-si səhər Əfqanıstan Müdafiə Nazirliyi əməliyyatın başa çatdığını elan edərək 55 Pakistan əsgərinin öldürüldüyünü, iki bazanın və 19 sərhəd məntəqəsinin ələ keçirildiyini açıqlayıb.

İslamabad isə hərbi əməliyyatların davam etdiyini bildirir.