BAKI, 28 fevral. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti xəbərdarlıq edib ki, İrandan İsrailə atılan bəzi raketlər çoxsaylı döyüş başlığı ilə silahlanmış ola bilər.
Teleqraf xəbər verir ki, bəyanatda deyilir: "İsrail Dövlətinin ərazisinə atılan bəzi raketlər daha kiçik sursatları dağıtmaq qabiliyyətinə malik ola bilər".
Ordunun mətbuat xidməti əlavə edib ki, hava hücumu zamanı təhlükəsiz ərazidə qalmaq və səlahiyyətlilər tərəfindən müvafiq təlimatlar verilənə qədər oranı tərk etməmək lazımdır.
"Logistika İdarəsinin təlimatları dəyişməz olaraq qalır", - deyə o bildirib.