BAKI, 28 fevral. TELEQRAF

İranın ali dini lideri Əli Xameneinin iqamətgahı dağıdılıb və onun ölməsinə dair bir neçə əlamət var.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Bu səhər güclü bir qəfil hücumla zalım Xameneinin binasını dağıtdıq", - deyə o, İsrail televiziyasında yayımlanan televiziya çıxışında bildirib.

Netanyahu həmçinin iddia edib ki, Xamenei edilən hücum nəticəsində ölə bilər: "İrandakı diktatorun artıq olmaya biləcəyinə dair bütün əlamətlər var".

Qeyd edək ki, Livanın "Əl Mayadeen" televiziya kanalı İranın ali dini lideri Əli Xameneinin hərbi əməliyyatlara rəhbərlik etmək üçün qərargahında olduğuna dair məlumat yayıb.