BAKI, 28 fevral. TELEQRAF

Prezident Donald Tramp İrana hücumlar nəticəsində ABŞ-nin itki verməsini mümkün hesab edib.

Teleqraf-ın xəbərinə görə, o, özünün "Truth Social" səhifəsindəki video-müraciətdə belə deyib.

"Amerikalılar da ölə bilər, bizim də itkilərimiz ola bilər" - Tramp bəyan edib.

Prezidentin sözlərinə görə, ABŞ regiondakı hərbi personalı üçün riski minimuma endirməkdən ötrü bütün mümkün addımları atıb.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu İranın cavab zərbələri nəticəsinndə ən azı 200 ABŞ hərbçisinin öldüyünü və yaralandığını bildirib.