BAKI, 28 fevral. TELEQRAF

BMT Təhlükəsizlik Şurasının ABŞ və İsrailin İrana hücumları ilə bağlı təcili iclas keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Diplomatik missiyanın açıqlamasında vurğulanır ki, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı təxribat xarakterli silahlı təcavüzü ilə əlaqədar olaraq, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb ediblər. Fransa, Bəhreyn və Kolumbiya da Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təcili iclas çağırır.

Diplomatik missiyanın açıqlamasında deyilir ki, iclas 29 fevral saat 01.00-da Nyu-Yorkda keçiriləcək.

Rusiya Daimi Nümayəndəliyinin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərəkətləri beynəlxalq hüququn birbaşa pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasında Rusiya ABŞ və İsraildən qanunsuz hərəkətlərini dərhal dayandırmağı tələb edəcək. Onlar əlavə ediblər ki, ABŞ və İsrailin təhlükəli macəraları Yaxın Şərqdə sülhü, sabitliyi və təhlükəsizliyi pozmağa yönəlib.