BAKI, 28 fevral. TELEQRAF
İranın cənubunda yerləşən Hörmözqan əyalətinin Minab şəhərində qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində tələfatın sayı kəskin artıb.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Məlumata görə, "Şəcərət Tayibə" ibtidai məktəbinə edilən hücum nəticəsində həlak olan şagirdlərin sayı 40-a çatıb.
Daha 48 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının daha da artacağı istisna edilmir.
İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində təhsil müəssisəsi hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr News” Hörmözqan əyalətinin başçısı Məhəmməd Radmehrə istinadən məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında əyalətin Minab şəhərində yerləşən qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Hücum nəticəsində 24 məktəbli qız həlak olub.
***
14:38
İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlar nəticəsində azı 5 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, həlak olanların hamısı ibtidai məktəbin şagirdləridir.