BAKI, 28 fevral. TELEQRAF

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, danışıq zamanı Pakistan tərəfi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumları kəskin şəkildə pisləyib.

Məhəmməd İshaq Dar bu hücumların heç bir əsası olmadığını vurğulayaraq, Pakistanın İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu təcavüzkar addımları qəbul etmədiyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.