BAKI, 28 fevral. TELEQRAF
İsrailin mərkəzinə raket qalıqları düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
"İsrailin mərkəzinə raket qalıqlarının düşməsi barədə məlumat daxil olub. Polis hadisə yerində işləyir. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur, lakin maddi ziyan var" - məlumatda qeyd olunur.