BAKI, 28 fevral. TELEQRAF

Rusiya və Çin İran ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb ediblər.

Teleqraf xəbər verir ki, Fransa, Bəhreyn və Kolumbiya da İran ətrafındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini çağırıblar.

Rusiya Daimi Nümayəndəliyinin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərəkətləri beynəlxalq hüququn birbaşa pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasında Rusiya ABŞ və İsraildən qanunsuz hərəkətlərini dərhal dayandırmağı tələb edəcək. Onlar əlavə ediblər ki, ABŞ və İsrailin təhlükəli hərəkətləri Yaxın Şərqdə sülhü, sabitliyi və təhlükəsizliyi pozmağa yönəlib.