BAKI, 28 fevral. TELEQRAF

Qətər Müdafiə Nazirliyi İran raketinin ölkənin şimalına düşdüyünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" nazirlikdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Qətərin şimalındakı xəbərdarlıq radarı İran raketi ilə vurulub.

Ölən olmayıb, səlahiyyətlilər maddi ziyanı qiymətləndirirlər.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir müddət əvvəl Amerikanın Qətərdəki "FPS-132" radar sisteminin İranın hücumu nəticəsində məhv edildiyini bildirmişdi.