BAKI, 28 fevral. TELEQRAF

Ankara gərginliyin azaldılması və mülki şəxslərin qorunması üzrə vəzifələrini yerinə yetirməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran bildirib.

"İran ətrafındakı hazırkı hərbi eskalasiyada iştirak edən tərəflər arasında təcili dialoq vacibdir" - B.Duran qeyd edib.