BAKI, 26 fevral. TELEQRAF

Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Görüşdə Ukraynanı Rüstəm Umerov, ABŞ-ni isə Stiv Uitkof və Cared Kuşner təmsil edir" - məlumatda qeyd olunur.

Nümayəndə heyətləri martın əvvəlində keçirilməsi planlaşdırılan ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların yeni mərhələsindən əvvəl görüşürlər.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Amerika tərəfi ilə danışıqlar aparmaq üçün fevralın 26-da Cenevrəyə gəldiyi qeyd olunur.