BAKI, 26 fevral. TELEQRAF

Dövlət Təhlükəsiziyi Xidmətinin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Bu barədə Teleqraf-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.