BAKI, 26 fevral. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Rusiya və İranla əlaqələri olduğu iddia edilən İsveçrə "MBaer Merchant" Bankının ABŞ bank sisteminə girişini dayandırmağı təklif edib.

Teleqraf xəbər verir ki, departament bu barədə X sosial media platformasında məlumat verib.

Bəyanatda deyilir: "Bu gün Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi İsveçrənin "MBaer Merchant" bankının ABŞ maliyyə sisteminə girişini qadağan edəcək bir qətnamə təklif edib".

Bank Rusiya və İranla əlaqəli qurumlara maliyyə dəstəyi göstərməkdə şübhəli bilinir. ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, "MBaer Merchant" bankı Amerika maliyyə sistemi vasitəsilə 100 milyon dollardan çox dəyərində əməliyyatlar həyata keçirib.

Yanvar ayında Bessent iddia etmişdi ki, İran hakimiyyəti Amerikanın təzyiqi fonunda dünyanın hər yerindəki banklara təlaşla pul köçürür. "İran hökuməti batan gəmidəki siçovullar kimi davranır" - nazir qeyd edib.