BAKI, 24 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda saat 15:00-da baş tutacaq.

Görüşü baş hakim Cavid Cəlilov idarə edəcək.

Hazırda Kurban Berdıyevin rəhbərlik etdiyi “bozqurdlar” 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu “qırmızı-qaralar” isə 15 xalla 10-cu pillədə yer alır.

Xatırladaq ki, qarşılaşma 2025-ci il dekabrın 8-də keçirilməli idi. Lakin oyun 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılaraq təxirə salınıb.