BAKI, 17 fevral. TELEQRAF

Rusiya öz şərtləri daxilində Ukraynada sülhə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Moskva sülh istəyir, amma irəli sürdüyü şərtlər çərçivəsində... Kreml Ukrayna ilə bağlı heç bir tələbindən imtina etmək niyyətində deyil. Bu tələblər arasında Donbas bölgəsindən Ukrayna Silahlı Qüvvələrinin çıxarılması məsələsi də var.

Digər mənbə isə danışıqların hazırda dalana dirəndiyini vurğulayıb.

Qeyd olunur ki, tərəflər müzakirə olunacaq məsələləri müəyyən ediblər. Bundan başqa irəliləyiş qeydə alınmayıb.