BAKI, 17 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Ukrayna ilə bağlı danışıqların keçiriləcəyi Cenevrə şəhərinə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS Cenevrə Beynəlxalq Hava Limanına istinadən məlumat yayıb
Qeyd edək ki, bu gün Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar keçiriləcək.
***
04:01
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Ukrayna üzrə danışıqların keçiriləcəyi Cenevrəyə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi Cenevrə beynəlxalq hava limanındakı mənbəyə istinadən məlumat yayıb.
“Amerika prezidentinin xüsusi nümayəndəsinin təyyarəsi bizim tərəfə uçub”, – deyə mənbə bildirib. Onun sözlərinə görə, təyyarənin səhər saatlarında enişi gözlənilir.
Daha əvvəl Rusiya nümayəndə heyətini aparan “Rossiya” xüsusi uçuş dəstəsinə məxsus İl-96 təyyarəsinin Vnukovodan Cenevrəyə uçduğu bildirilmişdi. Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin uçuşu təxminən doqquz saat çəkəcək.
Danışıqların 17–18 fevral tarixlərində keçirilməsi planlaşdırılır.