BAKI, 15 fevral. TELEQRAF

ABŞ administrasiyası İran neftinin Çinə ixracını məhdudlaşdırmaq üçün əlavə addımlar atmağı planlaşdırır və bununla Tehranın nüvə proqramı üzrə danışıqlarda daha böyük güzəştlərə getməsinə nail olmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Ağ evdə keçirilən görüşdə Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi artırması barədə razılığa gəliblər. Bu tədbirlərin əsasən İran neftinin Çinə satışına yönələcəyi bildirilir.

Nəşrin yazdığına görə, ABŞ tərəfi hesab edir ki, belə addımlar İranı nüvə proqramı ilə bağlı danışıqlarda daha ciddi güzəştlərə getməyə məcbur edə bilər.