BAKI, 13 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin müharibəni strateji olaraq uduzub.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Münhen Təhlükəsizlik Konfransında verib .

Onun sözlərinə görə, Putin Rusiyanın tərkibinə qatmaq istədiyi Ukrayna Avropa ölkəsinə çevrildi: "Rusiya Ukrayna ərazisinin yalnız kiçik bir hissəsini işğal edə bilib və itkilərini geri ödəyə bilməyəcək, ona görə də Kiyev seçdiyi xəttə sadiq qalmalıdır və nəticə etibarilə Kiyev qalib gələcək".

Finlandiya liderinin sözlərinə görə, Putin NATO-nun genişlənməsinin qarşısını almaq istədi, lakin Finlandiya və İsveç alyansa yeni üzvlər kimi qəbul edildi.

Stubb bildirib ki, Moskvanın gözləntilərinin əksinə olaraq, Qərbin müdafiə xərcləri artır, Rusiyanın hərbi uğurları isə azalır.