BAKI, 13 fevral. TELEQRAF

ABŞ Venesuelanın neft və qaz sektorunda müəyyən əməliyyatlara icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Sənədə əsasən, Venesuela neft və qaz sektorunda əməliyyatlara yeni investisiyalar üçün danışıqların aparılması və müqavilələrin bağlanması ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilməlidir.

Lisenziya Rusiya, Çin, İran, Şimali Koreya və Kubadakı hüquqi və fiziki şəxslərə, eləcə də onların nəzarəti altında olan qurumlara şamil edilmir .