BAKI, 10 fevral. TELEQRAF
"Ötən ilin 22 və 23 iyulunda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə imzalanmış kredit müqaviləsinin ümumi dəyəri 120 milyon avrodan çoxdur ki, bunun 96,4 milyon avrosu kredit vəsaitləridir".
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanla BYİB arasında “Ermənistanın Turizm və Regional İnfrastrukturunun İnkişafı Proqramı” üzrə kredit müqaviləsinin təsdiqlənməsi haqqında qanunun parlamentdə müzakirəsi zamanı bildirib.
Layihənin 2030-cu ilin avqustun 31-də başa çatdırılması planlaşdırılır. Kreditin ödəmə müddəti 21 ildir, bunun 9 ili güzəşt dövrüdür. Kredit yarımillik ödənişlərlə bərabər geri qaytarılacaq və ilk ödəniş 2034-cü ilin 1 iyu tarixində aparılacaq.