BAKI, 11 fevral. TELEQRAF

Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1 kişi, 2 qadın) fevralın 10-da saat 14:30 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, müxtəlif növ bədən xəsarətları alan pasiyentlərə zəruri tibb xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Məryəm Surxay

***

21:54

AĞDAŞ, 10 fevral. TELEQRAF

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Şevrolet" markalı avtomobil aşıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1989 -cu il təvəllüdlü Süleyman Şəmiyev rayon xəstəxanasına, digər 3 yaralı isə Yevlax rayon tibb müəssisəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.