BAKI, 10 fevral. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv ölkələrin ümumi hərbi büdcəsi növbəti 10 il ərzində illik 700 milyard avroya çatmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, müdafiə xərclərinin bu səviyyəyə qaldırılması regionun təhlükəsizliyi ilə yanaşı, həm də iqtisadi maraqlarına xidmət edir:

"Hərbi büdcənin artırılması Avropa iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəlməsinə əlavə təkan verəcək. Avropanın müdafiə xərcləri 10 il ərzində ildə 700 milyard avroya çatmalıdır".