BAKI, 10 fevral. TELEQRAF

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Krü” klubuna transferi rəsmiləşib.

Teleqraf xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu yeni komandası ilə müddəti 2029-cu ilin iyununa qədər olan müqavilə imzalayıb.

Qeyd edək ki, Nəriman Axundzadə bu mövsüm Ağdam təmsilçisinin heyətində Premyer Liqada 3 qol, Çempionlar Liqasının təsnifat mərhələsində isə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə “Qarabağ” forması ilə 127 matçda 35 qol vuran Axundzadə, 3 dəfə ölkə çempionluğu və 1 dəfə Azərbaycan Kubokunu qazanıb.