BAKI, 10 fevral. TELEQRAF

2025-ci il ərzində xarici ölkələrdən Azərbaycan Respublikasına ümumilikdə 195 milyon 898 min 786 qutu dərman vasitəsi idxal olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar ayında isə 16 milyon 773 min 071 qutu dərman vasitəsi idxal olunub.