BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” 27 xalla turnir cədvəlinin 7-ci, Kaxaber Tsxadadzenin komandası isə 14 xalla 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki görüşlərində “Sabah” evdə “Araz-Naxçıvan”a 4:1, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0, “Zirə” isə səfərdə “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. “İmişli” – “Kəpəz” matçı isə heç-heçə ilə başa çatıb.