BAKI, 9 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın artilleriya komandiri Əhməd Əli Salaminin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur: "Bu gün İsrail Müdafiə Qüvvələri Yanuxa bölgəsinə zərbə endirərək Hizbullahın artilleriyasından məsul olan terrorçu Əhməd Əli Salamini öldürüb" .

Qeyd olunub ki, Salamin İsrail əsgərlərinə qarşı çoxsaylı hücumlarda iştirak edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü vurğulayıb ki, zərbədən əvvəl mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan sursat və hava nəzarətindən istifadə edilib. Lakin Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində üç yaşlı uşaq da daxil olmaqla üç mülki şəxsin ölümü barədə məlumat verib.