BAKI, 7 fevral. TELEQRAF

Çinin şimalındakı Şansi əyalətində fabrikdə baş verən partlayış nəticəsində beş nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında "Tszyapen" biotexnologiya şirkətinin müəssisəsində qeydə alınıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Hakimiyyət orqanları partlayışın səbəbi ilə bağlı araşdırmaya başlayıb.