BAKI, 6 fevral. TELEQRAF

Polis Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun iki evində amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə əlaqədar axtarış aparıb.

Teleqraf xəbər verir ki, axtarışlar maliyyəçi Cefri Epşteynə məxfi hökumət məlumatlarının ötürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.

Axtarışlar 72 yaşlı şəxsin iştirakı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı davam edən işlə əlaqədardır. Həbs edilən yoxdur.

Mandelson barəsində cinayət istintaqı fevralın 3-də başlanıb.

Britaniya KİV-lərinin məlumatına görə, o, 2009-cu ildə Epşteynə Leyboristlər hökumətinin planlaşdırılan vergi dəyişiklikləri, eləcə də qlobal böhrandan zərər çəkmiş Cənubi Avropa ölkələri üçün Aİ-nin maliyyə yardımı proqramı ilə bağlı məxfi məlumatlar ötürmüş ola bilər.

Qeyd edək ki, Mandelson 2025-ci ilin fevralından Böyük Britaniyanın ABŞ-dakı səfiri olub, lakin Epşteynlə əlaqələri barədə yeni məlumatlar üzə çıxdıqdan sonra sentyabrda vəzifəsindən uzaqlaşdırılıb.