BAKI, 6 fevral. TELEQRAF

Çində kriptovalyuta əməliyyatları qadağan olunub.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Bankı bəyanat yayıb.

Qadağa ticarətə, tokenlərin emissiyasına, vasitəçilik xidmətlərinə, maliyyə məhsullarına, hasilata və hasilat avadanlıqlarının istehsalı və satışına şamil olunub.

Sənəddə qeyd olunub ki, kriptovalyutalar Çində qanuni ödəniş vasitəsi hesab edilmir və valyuta kimi istifadə oluna bilməz. Onların reklamı, eləcə də onlarla bağlı istənilən xidmətin göstərilməsi, o cümlədən informasiya xidmətləri qadağandır.

Xarici şirkət və fiziki şəxslərə Çin təşkilatlarına bu cür xidmətlər göstərmək də qadağan edilir. Xüsusi diqqət yuanla bağlı steyblkoinlərə yönəldilib.