BAKI, 4 fevral. TELEQRAF
İran və ABŞ arasında yaxın günlərdə keçirilməsi planlaşdırılan danışıqların vaxt və yeri ilə bağlı məsləhətləşmələr aparılır.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqayi məlumat verib.
"Danışıqlar yaxın günlərdə planlaşdırılır. Hazırda yerin müəyyənləşdirilməsi üçün məsləhətləşmələr aparılır və bu razılaşdırıldıqdan sonra elan ediləcək", - o deyib.
Bəqayi qeyd edib ki, danışıqların yeri və vaxtı mürəkkəb məsələ deyil və mediada spekulyasiya mövzusu olmamalıdır.
İranlı diplomat əlavə edib ki, Türkiyə, Oman və regiondakı bəzi digər ölkələr danışıqlara ev sahibliyi etmək istəklərini bildiriblər.